İspaniya Mərkəzi Bankının keçmiş rəhbəri Pablo Ernandes de Kos Avropa Mərkəzi Bankının (AMB) növbəti prezidenti ola bilər.
Denmedia.az interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” və digər Qərb media orqanları öz mənbələrinə əsasən məlumat yayıblar.
Hazırda 55 yaşlı de Kos Beynəlxalq Hesablaşmalar Bankına (BIS) rəhbərlik edir.
Avropa Mərkəzi Bankının hazırkı prezidenti Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsindən vaxtından əvvəl ayrılacağını bildirib. O, 2019-cu ildən banka rəhbərlik edir. Onun səlahiyyət müddəti gələn ilin oktyabrında başa çatmalı idi.
Laqardın qərarından sonra Niderland Mərkəzi Bankının keçmiş rəhbəri Klaas Knotun və Pablo Ernandes de Kosun namizədliyi AMB prezidenti vəzifəsinə irəli sürülüb. Hər iki namizəd öz ölkəsinin hökuməti tərəfindən təqdim edilib.

