Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb.
Denmedia.az xəbər verir ki, Ağdərə rayonunun Vəngli kəndinə 10 ailə (42 nəfər), Çıldıran kəndinə 15 ailə (49 nəfər), Kolatağ kəndinə 2 ailə (6 nəfər), Heyvalı kəndinə isə 1 ailə (1 nəfər) köçürülüb.
Xocalı rayonunun Badara kəndinə 4 ailə (7 nəfər), Xanyurdu kəndinə 9 ailə (32 nəfər), Xanabad kəndinə isə 8 ailə (33 nəfər) qayıdıb.
Xocavənd şəhərinə 7 ailə (30 nəfər), rayonun Quzeyxırman kəndinə isə 17 ailə (71 nəfər) köçürülüb.
Beləliklə, üç rayon üzrə ümumilikdə 73 ailənin – 271 nəfərin doğma yurduna qayıdışı təmin edilib.
Doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

