Vaşinqton İrana sülh sazişinin imzalanması üçün bütün imkanları yaradır.
Denmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Ağ Ev rəhbəri Şükran Günü münasibətilə amerikalı hərbçilərlə telefon danışığı zamanı İranla mümkün razılaşma barədə fikirlərini bölüşüb.
“Biz onlara razılaşma əldə etmək və çox sayda insanın həyatını xilas etmək üçün bütün imkanları yaradırıq. Lakin onların bu fürsətdən istifadə edəcəklərinə əmin deyiləm”, – Tramp deyib.

