Azərbaycanın SOCAR, Türkiyənin BOTAŞ, Fransanın TotalEnergies və BƏƏ-nin ADNOC şirkətləri Türkiyəyə təbii qaz tədarükü ilə bağlı 15 illik yeni saziş imzalayıb.
Sənəd Bakı Enerji Forumu çərçivəsində imzalanıb.
Türkiyənin Energetika Nazirliyindən bildirilib ki, saziş 2029-cu ildən etibarən ölkəyə ümumilikdə 33 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutur.
Qaz tədarükü Abşeron yatağında hasilat üzrə yeni investisiyalar çərçivəsində həyata keçiriləcək.

