20 
iyn
2023
11:30
198

"Yoxlamadan keçə bilməyən həkimlərin əlavələri kəsiləcək" - TƏBİB SƏDRİ

20 iyn, 2023
11:30
198

"Yoxlamadan keçə bilməyən həkimlərin əlavələri kəsiləcək" - TƏBİB SƏDRİ

Həkim və mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin əmri ilə monitorinq komissiyası yaradılması nəzərdə tutulub. 

Den.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.

O bildirib ki, komissiya tərəfindən bir həkim mütəxəssis 6 aylıq əsaslarla monitorinqdən keçiriləcək: 

“Monitorinqdən müvəffəqiyyətlə keçən həkim mütəxəssislərə həvəsləndirici və əlavələrin ödənilməsi daha bir il uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərin həvəsləndirici və əlavələri kəsiləcək”.
Vüqar Qurbanov qeyd edib ki, qiymətləndirmə zamanı həkim peşəkarlığı və şəxsi keyfiyyətləri nəzərə alınacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar