Hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində yalnız elektron reseptlər təyin edilir.
Den.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, digər səhiyyə qurumları və tibb müəssisələrinə də "Elektron Resept Sistemi"ndən istifadəyə dair tövsiyələr göndərilib və müvafiq sirkulyar məktublar təqdim olunub.
"Tibb işçiləri, aptek təşkilatları və vətəndaşların məlumatlandırılması üçün kütləvi informasiya vasitələri, sosial şəbəkələr üzərindən maarifləndirmə işləri davam etdirilir.
Bundan əlavə, "Rəqəmsal Səhiyyə Mərkəzi"nin mütəxəssisləri tibb işçiləri və aptek nümayəndələri üçün xüsusi vebinarlar və təlimlər təşkil edirlər.
Sistemin daha əlçatan olması məqsədilə Səhiyyə Nazirliyinin rəsmi veb-saytlarında (www.sehiyye.gov.az, www.e-health.gov.az) "Elektron Resept" sistemi üçün xüsusi keçidlər yerləşdirilib. Eyni zamanda, vətəndaşlar üçün hazırlanmış "Reseptim" mobil tətbiqinə (App Store: https://bit.ly/reseptim, Google Play: https://bit.ly/ereseptim) mobil cihazlardan rahatlıqla daxil olmaq mümkündür.
Azərbaycan hökuməti sosial-iqtisadi sahələrdə rəqəmsallaşmanı prioritet strateji istiqamət olaraq qəbul edir. Bu səbəbdən, tibb müəssisələri və onların rəhbərləri "Elektron Resept Sistemi"nin tam tətbiqinə xüsusi diqqət yetirməlidir",- deyə bildirilib.
Həmçinin əlavə edilib ki, hər bir vətəndaş müalicəni təyin edən həkimdən elektron resept yazılmasını tələb etmək hüququna malikdir.
"Həkimlər isə bu sistemi tətbiq edərək resepti pasiyentə elektron formada təqdim etməlidir. Əgər hər hansı həkim "Elektron Resept" yazmaqdan imtina edərsə və ya apteklər bu sistem əsasında dərman vasitələrini təmin etməzsə, vətəndaşlar "Rəqəmsal Səhiyyə Mərkəzi"nin qaynar xəttinə (Telefon: +994 12 431 38 28, WhatsApp: +994 55 531 38 28) müraciət edə bilərlər",- deyə vurğulanıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli, 318-s saylı Sərəncamına əsasən, "Elektron Resept Sistemi" 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə bütün tibb müəssisələrində mərhələli şəkildə tətbiq edilməyə başlanılıb. Bu sistem, ölkənin rəqəmsallaşma strategiyasının vacib bir elementi olaraq, tibbi məlumatların daha şəffaf, effektiv və əlçatan olmasına xidmət edir.
Ənənəvi kağız blanklarda yazılan reseptlərdən fərqli olaraq, "Elektron Resept Sistemi" ilə yazılan reseptlərin itirilməsi və ya zədələnməsi mümkün deyil. Sistemdə pasiyentlər üçün yazılan reseptlər təhlükəsiz şəkildə saxlanılır, həkimlərin növbəti müayinələrdə müalicəni daha dəqiq və etibarlı təyin etməsinə imkan yaradır.
Elektron reseptlər vasitəsilə yalnız Dövlət Qeydiyyatından keçən, qiymətlərin yuxarı həddi Tarif Şurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyini və təminatı həyata keçirilir. "Elektron Resept Sistemi"ndə molekulyar tərkibə uyğun alternativlərin seçilməsi özəlliyi əsasında pasiyentə qiymət baxımından ən uyğun dərman preparatları təqdim olunur. Bu yanaşma keyfiyyətsiz, istifadə müddəti bitmiş dərman preparatlarının dövriyyəsini, eləcə də qanunsuz dərman satışını önləyərək, vətəndaşların istehlakçı hüquqlarının qorunmasını təmin edir.
Xəsətxanalarda elektron reseptlər tətbiq edilir? - Nazirlikdən AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.