ABŞ-nin Miçiqan ştatında 6 min 148 siklosporiaz xəstəliyi halı qeydə alınıb. Yoluxanların sayı əvvəlki statistik göstərici ilə müqayisədə 1146 nəfər artıb.
Bu barədə Reuters ştatın Səhiyyə Departamentinə istinadən məlumat yayıb. Təsdiqlənmiş diaqnozla 102 xəstə hospitalizasiya olunub, ölüm halı qeydə alınmayıb.
Siklosporiaz bağırsaqları zədələyən parazitar infeksiyadır. Xəstəliyə parazitlə çirklənmiş suyun içilməsi, eləcə də belə su ilə təmasda olmuş çiy meyvə və tərəvəzlərin yeyilməsi nəticəsində yoluxmaq mümkündür.

