Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 il sonra İraqa etdiyi səfər zamanı imzalanan 30-a yaxın hökumətlərarası sazişdən bəzilərinin detalları məlum olub. Belə ki, İraq Sərhəd Qoşunları 30 ildən sonra ilk dəfə Türkiyə sərhədindəki Zaho rayonunda iki hərbi baza qurub. Bundan başqa İraqla bağlanan müqaviləyə görə türk ordusu İraqla sərhəd boyunca 300 km, dərininə isə 40 km bir ərazini qalıcı olacaq şəkildə istifadə edə biləcək. Başqa sözlə desək, Türkiyə həm də bu ərazilərdə hərbi baza yaratmaq imkanı əldə edib.
Mövzunu "Den.az"a şərh edən politoloq Turan Rzayev bildirib ki, əldə edilən razılaşma həm Türkiyə, həm İraq, həm də Kürdüstan müxtariyyəti üçün müsbətdir:
"Birincisi, Zaho rayonunda qurulan iki hərbi baza mühümdür. Belə ki, iki ölkə PKK, PYD və YPG, habelə radikal qruplaşmaların fəaliyyətindən narahatdır. PKK-nın əsas bazaları Hakurk, Metina, Qara və Zaho rayonlarında yerləşir. Yəni Zaho rayonunda qurulan iki hərbi baza və Türkiyə ordusunun bu rayonlarda rahat hərəkət edəcək olması faktiki olaraq əraziyə Ankara və Bağdadın nəzarət etməsini təmin edəcək.
İkincisi, regiondakı əksər dini radikal silahlı birləşmələri İran maliyyələşdirir. Rəsmi Ankara və Bağdad Tehranın bu fəaliyyətlərindən ciddi narahatdır. İraqın şimalı isə bu silahlı birləşmələrə Tehranın yardım daşıdığı əsas regiondur. Əraziyə Türkiyə və İraqın birlikdə nəzarət etməsi Suriya, Livan və Fələstindəki radikal qruplaşmalara edilən yardımlara həm nəzarət imkanı yaradacaq, həm də lazım gəldikdə qarşısını almaq. Üçüncüsü, İraq təbii qazını Türkiyə vasitəsilə Avropa bazarına çıxarmaq və əlavə gəlir əldə etmək istəyir. Ankara da bu məsələdə maraqlıdır. Bu razılıqla ərazisinin təhlükəsizliyi təmin ediləcək və terror təşkilatlarına zərbə vurulacaq. Yəni gələcəkdə yeni layihələrin icrası mümkün olacaq. Mümkündür ki, Türkiyə gələcəkdə bənzər razılaşmanı Suriya ilə də əldə etsin. Tərəflər arasında son zamanlar qeyri-rəsmi səviyyədə də olsa təmaslar qurulur. Münasibətlərin normallaşması fonunda bu istiqamətdə razılıq əldə edilə bilər".
Günəş Fərəh,
Den.az
"Bu istiqamətdə razılıq əldə edilə bilər" - Türkiyə açıqlaması

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.