may
2024
15:46
53

İrəvan bu məsələni Bakı ilə həll etmək istəyir - Mirzoyan

6 may, 2024
15:46
53

İrəvan bu məsələni Bakı ilə həll etmək istəyir - Mirzoyan

"İrəvan regionda ticarət yollarının açılması məsələsini Bakı ilə həll etmək istəyir".

Den.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, Ermənistan Almatıda danışıqlarda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması məsələsində Azərbaycanla nizamlanmanı müzakirə etmək niyyətindədir.

“Biz nəqliyyat infrastrukturunu açmaq istərdik, amma hələlik ümumi razılıq yoxdur. Amma Ermənistanın niyyəti heç bir məhdudiyyət olmadan kommunikasiyaları açmaqdır”, - deyə Mirzoyan bildirib.

Günəş Fərəh,
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar