İyulun 9-da baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Den.az-a verilən məlumata görə, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin I yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
Müşavirə iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.
Müşavirədə Kamran Əliyev tərəfindən giriş nitqi ilə çıxış edilərək, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması, Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasında rəhbər vəzifədə olduğu vaxtlarda həyata keçirdiyi siyasi fəaliyyət, həmin dönəm də məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin təsis edilməsi, inkişafı istiqamətində gördüyü işlər, prokurorluq orqanlarının inkişafına verdiyi töhfə, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən məhkəmə və hüquq sistemində aparılmış islahatlar, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verilib.
Daha sonra çıxışda Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın dinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar müzakirə edilib.
Həmçinin, Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev Muxtar Respublikanın prokurorluq orqanları və digər-hüquq mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat orqanları tərəfindən 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərin vəziyyəti barədə müşavirədə ətraflı məruzə ilə çıxış edib.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edərək, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşlarının iş şəraitilə yerində tanış olan Baş prokuror Kamran Əliyev "Elektron Prokurorluq İnformasiya Sistemi"nin tətbiqi ilə də yaxından maraqlanıb.
"Prokurorluğun bütün fəaliyyət istiqamətlərini vahid bir elektron platformada birləşdirən bu informasiya sisteminin tətbiqi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, prokurorluğa müraciət imkanlarının genişlənməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, prokurorluq işçilərinin fəaliyyətinə nəzarətin effektivliyinin, eləcə də vətəndaş məmnunluğunun artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir" - deyə Baş prokuror bildirib.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan hərbi prokurorluğuna verilən yeni kriminalistik və xidməti avtomobillərə baxış keçirilib.
Sonda xatirə fotoşəkilləri çəkdirilib.
Kamran Əliyev Naxçıvan Prokurorluğunda əməliyyat müşavirəsi keçirib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.