Bu fikirlər Ermənistan cəmiyyətində ajiotaj yaratmaq üçün məqsədli olaraq ortaya atılır və bu iddianın müəllifləri də çox yaxşı anlayırlar ki, söylədikləri hazırkı reallığı əks etdirmir.
Bu sözləri Den.az-a politoloq Turab Rzayev Ermənistan siyasətçiləri və politoloqlarının davamlı şəkildə “Azərbaycan və Türkiyənin Zəngəzura hücum planı” haqqında şərhlər verməsinə münasibət bildirərkən deyib.
“Zəngəzur kimi ərazilərin Azərbaycan tərəfindən tutulacağına dair iddialar, açıqlamalar daxili siyasi mübarizəyə təsir etməyə, Paşinyan hökumətinə zərbə vurmağa xidmət edir. Əsl məqsəd isə hökumətin yarıtmazlığını göstərmək və siyasi mübarizəni gücləndirməkdir”, - o bildirib.
Polotoloq qeyd edib ki, Zəngəzur kimi strateji məsələlər bu cür ehtimallar və şərhlərə bağlı deyil:
“Hər şeydən öncə bunun üçün tarixi şərait yetişməlidir. Bu məsələyə ən yaxşı misal Suriyada baş verənlərdir. Suriya məsələsi 14 il əvvəl başlamış və ilk dövrlərdə uğursuz olmuşdu. Əsəd rejimi üsyanı basdırmış, müxalifətin böyük hissəsi məhv edilmişdi. Lakin həmin müxaliflər 12 gün ərzində Dəməşqi ələ keçirib, Əsəd rejimini devirdi”.
Günəş Fərəh
Den.az
Zəngəzur kimi ərazilərin Azərbaycan tərəfindən tutulacağına dair iddialar nəyə xidmət edir?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.