noy
2023
20:17
215

"Heç bir sülhdən danışmaq olmaz" - Paşinyanın fikirlərinə SƏRT REAKSİYA

7 noy, 2023
20:17
215

"Heç bir sülhdən danışmaq olmaz" - Paşinyanın fikirlərinə SƏRT REAKSİYA

"Ermənistan Baş nazirinin Tiflisdə verdiyi açıqlamalar sadəcə olaraq manipulyasiyadır. Paşinyan Fransa ilə birləşərək Cənubi Qafqazda sülh və təhlükəsizliyi təhdid edir".

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Paşinyanın kommunikasiyaların açılmasından danışmağa haqqı yoxdur: "Çünki Zəngəzur dəhlizinin açılmasına razılıq vermir. Azərbaycan isə qəti şəkildə Ermənistana etibar etmir. Ona görə də, rəsmi Bakı Ermənistanın nəzarətində olan yoldan istifadəyə razı deyil.

Burada mütləq dəhliz olmalıdır, Ermənistan isə bunu vermir. Ona görə də, rəsmi Bakı dəhlizi İran ərazisindən açmağa çalışır. İrəvan isə regional layihələrdən kənarda qaldığını və blokadada saxlanıldığını anlayır. Buna görə də, Paşinyan kommunikasiyaların açılmasından və sülhdən danışır. Amma 2 ildən artıqdır ki, ortada sülh müqaviləsinə dair heç bir sənəd yoxdur".

Politoloqun sözlərinə görə, İrəvan Parislə silah sazişi imzalayır: "Azərbaycan ordusunun sərhəddən və strateji yüksəkliklərdən geri çəkilməsini tələb edir. Yəni Paşinyanın verdiyi ifadələr boş söz yığınından ibarətdir. Çünki Ermənistanın sülhə qarşı olduğu hər kəsə bəllidir. Azərbaycan İrəvana 5 bəndlik prinsip təqdim edib. Əgər Ermənistan sülhə razıdırsa, bu təməl prinsiplərinə əməl etməlidir. Əgər bunu etmirsə və absurd iddialar irəli sürürsə, Azərbaycana qarşı əsassız fikirlər sələndirirsə, deməli heç bir sülhdən danışmaq olmaz. Görünən odur ki, Paşinyan bu kimi açıqlamaları ilə sadəcə olaraq beynəlxalq auditoriyanı aldadır".

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar