Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasını təmsil edən deputatların Azərbaycana qarşı hücumları son günlər artıb. Xüsusilə Nikolay Valuyev, Yevgeni Popov birbaşa Kremldən təlimat alaraq Azərbaycana qarşı çirkin kampaniya aparırlar. N.Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi kimi iddialarla çıxış edir.
Mövzunu Den.az-a şərh edən politoloq Turan Rzayev maraqlı məqamlara toxunub:
"Y.Popov isə deyir ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın iki şirkətinin fəaliyyətinə baxmaq lazımdır. İş o həddə çatıb ki, “Krokus” şirkətinin və “Sadovod” ticarət kompleksinin müsadirə edilməsi təklifini irəli sürür. Qeyd edim ki, “Sadovod” ticarət kompleksi Prezident Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsusdur.
Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında gərginliyin olduğu bəllidir. Kreml bu gərginliyi aradan qaldırmaqdansa propaqandçıları vasitəsilə məsələni daha da gərginləşdirir. Vəziyyət o yerə çatıb ki, mülki təyyarəmizin vurulmasında Azərbaycanı ittiham etməyə başlayıblar.
Prinsipcə Azərbaycanın Rusiya ilə heç bir problemi yoxdur. Tərəflər arasında gərginliyin hərbi toqquşmaya keçməsi də real deyil. Lakin rəsmi Bakı haqlı olaraq təyyarəmizin vurulması məsələsində tələblərini Moskvaya bildirir. Çünki Rusiya və Azərbaycan bərabərhüquqlu ölkələrdir. Yəni Azərbaycan heç kimdən asılı deyil.
Rəsmi Bakı hamı ilə əməkdaşlığa hazırdır. Rusiya bunu unutmamalıdır. Kremlin unutmamalı olduğu bir məqamda heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rəhbərliyinə, xalqına qarşı xoşagəlməz davranışın olmamasıdır. Amma Rusiya tərəfi 2020-ci il Vətən müharibəsi dövründə erməniləri silahlandırmağa davam edib, hətta “İsgəndər”, “Pantsir”, “Pole 3M” və digər sistemləri bu ölkəyə verib.
Geosiyasi vəziyyət dəyişib. Bir zamanlar Rusiyanın təzyiq rıçaqları çox idi. Amma Azərbaycan artıq o ölkə deyil ki, Sumqayıt hadisələrini təşkil etmək, Yanvar qırğını törətmək, Xocalı soyqırımı gerçəkləşdirmək mümkün olsun.
Rusiya ilə Azərbaycan arasında gərginlik artan templə davam edərsə, rəsmi Bakı bu ölkə ilə imzalanan Moskva Bəyannaməsinə (2022) yenidən baxmalı ola bilər. Çünki Kremlin sərgilədiyi mövqe heç bir halda müttəfiqlik ruhuna sığmır. Ən əsası, Rusiya Moskva Bəyannaməsinin müvafiq bəndlərini kobud şəkildə pozur".
Günəş Fərəh
Den.az
"Rusiya Moskva Bəyannaməsinin müvafiq bəndlərini kobud şəkildə pozur" - Bakı nə edəcək?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.