Azərbaycan Xarici İşlər Nazirliyi Sudana başsağlığı verib.
Denmedia.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Sudanda baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı ilə dərin hüznümüzü bildiririk. Həlak olanların ailələrinə ürəkdən başsağlığı verir, bu ağır günlərdə qardaş Sudan xalqının kədərini bölüşürük.
Yaralılara tezliklə şəfa diləyirik", - paylaşımda deyilir.