avq
2023
19:12
170

“Moskva Paşinyana təzyiq edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanınmasından imtina etsin”

6 avq, 2023
19:12
170

“Moskva Paşinyana təzyiq edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanınmasından imtina etsin”

“Rusiyalı diplomat Denis Qonçarın bəyanatı bir daha göstərdi ki Moskva Ermənistanla Azərbaycan arasında normallaşmanı istəmir və sülh sazişinin bağlanmasına əngəl olaraq qalır. Onun dediyi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Azərbaycanın hüquq sahəsi çərçivəsində təmin edilməsi anlaşılmır və bu yanaşma etnik ermənilərə digər etnik azlıqlarda fərqli olaraq müstəsnalıq verilməsi anlamı yaradır”.

Den.az bildirir ki, bu fikirləri Vətəninfo.az-a açıqlamasında  AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov  bildirib. Əli Orucov qeyd edib ki,Azərbaycan Konstitusiyasında vətəndaşların hüquq və təhlükəsizliyi tam əhatələnib və bunun həyata keçirilməsi üçün də heç bir maneə heç bir məhdudiyyətlər yoxdur:

“Fikrimcə, rəsmi Moskva Ermənistan Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı gedən proseslər müəyyən irəliləyişlərin olması rəsmi Moskvanı narahat etməkdədir. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü baş nazir N. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına açıq aşkar qıcığı təsadüfi deyildi. Hətta Paşinyana təzyiq edilir ki Azərbaycanın ərazi bütövlüyünü tanınması və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən qəbul etməsindən imtina etsin. İstər Rusiya XİN sözçüsü M.Zaxarovanın, istərsə də XİNin məsul şəxsi Denis Qonçarın səsləndirdiyi fikirlər əslində sülh prosesinin pozulmasına və erməni cəmiyyətini qızışdırmağa və Paşinyan hakimiyyətinə təzyiq göstərməyə hesablanıb”. AMİP rəsmisi Hesab edir ki, yüksək rütbəli Rusiya diplomatı mövcud olmayan Dağlıq Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin Azərbaycanın hüquq sistemində təmin olunması barədə dedikləri Rusiyanın Qarabağda yaşayan ermənilərə hansısa statusun verilməsini niyyətindən xəbər verir: ” Ümumiyyətlə, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsi danışıqlar predmeti olmamalıdır və rəsmi Bakı bundan qəti şəkildə imtina etməlidir. Hüquq və təhlükəsizlik məsələsi Azərbaycana qarşı qurulan tələdir.həm də Ermənistan Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişi üzrə aparılan danışıqları pozan və sonsuzadək uzadacaq bəhanə okacaq”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar