Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın paytaxtı İslamabadda məsciddə baş verən partlayışla əlaqədar Pakistana başsağlığı verib. Nəticədə azı 30 nəfərin həlak olduğu bildirilib. Bu barədə qurumun sosial şəbəkə X hesabında paylaşım edilib.
Nazirlik qeyd edib ki, Azərbaycan qardaş Pakistanla həmrəyliyini ifadə edir, sülhə, sabitliyə və terrorizmin bütün formalarına qarşı mübarizəyə sarsılmaz dəstəyini təsdiqləyir.
İslamabadda məsciddə baş verən faciəvi terror aktı nəticəsində günahsız insanların həlak olması və bir çoxunun yaralanması ilə əlaqədar Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Müqəddəs məkanda ibadət edənlərə qarşı yönəlmiş bu iyrənc zorakılıq və terror aktını qətiyyətlə pisləyirik. Fikirlərimiz zərərçəkənlərlə və onların ailələri ilədir, onlara tezliklə şəfa diləyirik.

