Almaniya Federativ Respublikasının kansleri Fridrix Merts ABŞ prezidenti Donald Tramp tərəfindən təklif olunan plana əsasən Ukrayna üzrə yaxın günlərdə həll tapılacağına şübhə etdiyini bildirib.
DenMedia.az xəbər verir ki, Qərb KİV-ləri Mertsin Yohannesburqda keçirilən mətbuat konfransındakı çıxışından belə sitat gətirirlər:
“Bu gün bazar günüdür. Prezident Trampın planı — cüməyədək razılaşmaya nail olmaqdır. Biz hələ də bundan çox uzağıq.”
Kanslerin sözlərinə görə:
“Bu, onun tamamilə mümkün olmadığı anlamına gəlmir.”
O əlavə edib ki:
“Amma mövcud fikir ayrılıqlarını nəzərə alaraq belə bir inkişafın mümkünlüyünə skeptik yanaşıram.”

