Ukrayna prezidenti Volodimir Zelenski 4–5 may tarixlərində İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak edə bilər.
Bu barədə Ermənistanın onlayn resursu 168.am öz mənbələrinə istinadən məlumat yayıb.
“168.am-ın mənbələri bildirir ki, Ukrayna prezidenti Volodimir Zelenski sammitdə iştirak etmək üçün Ermənistana da gələcək, lakin Ermənistan Xarici İşlər Nazirliyi onun səfəri ilə bağlı məlumatı hələ də gizli saxlamağa çalışır”, — deyə nəşr yazır.

