Azərbaycan Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb.

