Qətər Məşvərət Şurasının sədri Həsən bin Abdulla Al-Qanim Azərbaycana işgüzar səfərə gəlib.
Parlamentdən verilən məlumata görə, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclisin Qətərlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Tahir Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Qətər Məşvərət Şurasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

