31 
avq
2023
21:46
142

Miller: "ABŞ Qarabağ sakinlərinə ərzaq çatdırılması üçün tərəflərlə davamlı işləyir"

31 avq, 2023
21:46
142

Miller: "ABŞ Qarabağ sakinlərinə ərzaq çatdırılması üçün tərəflərlə davamlı işləyir" - FOTO

Birləşmiş Ştatlar Qarabağa ərzaq çatdırılmasını təmin etmək üçün son bir neçə həftədir ki, tərəflərlə işləyir.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.


M.Miller qeyd edib ki, Azərbaycan və Qarabağdakı erməni azlıq nümayəndələri zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərlə bağlı müzakirələri davam etdirməlidirlər.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar