Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dünya İqtisadi Forumu tərəfindən təşkil olunan dünya iqtisadi liderlərinin qeyri-rəsmi nahar görüşündə iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
Bildirilib ki, yüksək səviyyəli görüşdə dünyanın müxtəlif ölkələrindən siyasətçilər, biznes liderləri və ekspertlər bir araya gəliblər.
Görüş zamanı qlobal təhlükəsizlik çağırışları və onların həlli yolları müzakirə olunub, mövcud problemlərin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb.

