sen
2023
15:25
153

Vladimir Putin: “Rusiya ilə Türkiyə arasında münasibətlər yüksək templə inkişaf edir”

4 sen, 2023
15:25
153

Vladimir Putin: “Rusiya ilə Türkiyə arasında münasibətlər yüksək templə inkişaf edir”

"Ötən il Moskva ilə Ankara arasında ticarət dövriyyəsi 86% artıb, bu il müsbət tendensiya davam edir. Rusiya ilə Türkiyə arasında münasibətlər yüksək templə inkişaf edir".

“Den.az” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.


"Sizin bilavasitə iştirakınızla qurulmuş Rusiya-Türkiyə münasibətlərinin inkişaf tempi qorunur. Nəzərinizə çatdırım ki, ötən il ticarət dövriyyəmiz 80 faizdən çox, təxminən, 86 faiz artıb. Bu ilin birinci yarısında müsbət tendensiya davam edib", - Rusiya Prezidenti bildirib.


V.Putin Moskva ilə Ankara arasında enerji sahəsində də əlaqələrin davamlı inkişaf etdiyini vurğulayıb: “Biz enerji sahəsində çox inamla irəliləyirik, hər iki tərəfdən əsas təchizatçılar arasında razılaşmalar əldə olunub”.(Report)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar