21 
sen
2023
10:28
144

Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda - Canlı - Yenilənir

21 sen, 2023
10:28
144

Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda - Canlı - Yenilənir

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razı olan qarşı tərəf bu gün görüş üçün Yevlax rayonuna gəlir.

“Den.az” xəbər verir ki, Xankəndidən gələn nümayəndə heyəti artıq Ağdam rayonunu keçərək Yevlax şəhəri istiqamətinə doğru hərəkət edir.
Yevlaxda keçiriləcək görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, sentyabrın 20-si Xankəndidəki qanunsuz rejim ağ bayraq qaldıraraq təslim olub. Belə ki, separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
***
Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxa gəlib.

Onları Azərbaycan polisi ilə bərabər Rusiya sülhməramlı kontingenti müşayiət edir.

Görüş Yevlax Şəhər İcra Hakimiyyətində baş tutur.








Bizimlə əlaqə saxlayın

Çox oxunanlar