iyn
2023
18:27
152

ABŞ Ermənistanı İTTİHAM ETDİ: "Beş ölkədən biridir"

8 iyn, 2023
18:27
152

ABŞ Ermənistanı İTTİHAM ETDİ: "Beş ölkədən biridir"

ABŞ Dövlət Departamentinin rəsmisi Ermənistanı Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdə günahlandırıb.

Den.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Jim O'Brien Ermənistanı Rusiyaya sanksiyalardan yayınmağa kömək edən 5 ölkədən biri adlandırıb.

"Bu ilin əvvəlində Rusiya müharibədən əvvəlki miqdarda elektronikanın əsas kateqoriyalarını yenidən idxal edə bildi", - deyə Brien vurğulayıb.

Sanksiyadan yayınmanın əhəmiyyətli problem olaraq qaldığını deyən Brien, ABŞ-ın beş ölkə (xüsusilə Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan) ilə problemləri müəyyən etdiyini vurğulayıb.

Onun fikrincə, problem Avropa şirkətlərinin materialları başqa ölkələrə satmasıdır. Həmin ölkələr də öz növbəsində materialları Rusiyaya satırlar.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar