11 
dek
2023
12:36
255

Prezident İlham Əliyev Sərəncam imzaladı

11 dek, 2023
12:36
255

Prezident İlham Əliyev Sərəncam imzaladı

Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb.

Den.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 400 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar