29 
fev
2024
15:46
113

"Hər zaman ətrafıma demişəm və təklif etmişəm ki, adımdan yaxşı mənada istifadə edin" - VİDEO

29 fev, 2024
15:46
113

"Hər zaman ətrafıma demişəm və təklif etmişəm ki, adımdan yaxşı mənada istifadə edin" - VİDEO

"Şıltaq idim, hamını özüm kimi bilirdim. Əyləncə axtarırdım, tək qalmamağa çalışırdım. Tək qalmaqdan qorxuram. Bunu bütün əhatəm bilir. Tək qalmamaq üçün mənə uzadılan hər əli tuturdum. Amma 30 yaşımdan sonra böyüdüyümü dərk elədim. İnsanlarla daha az ünsiyyət qurmağa və görüşməyə başladım".
 
Den.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib. 
 
O bildirib ki, 30 yaşına qədəm qoyduqdan sonra yaxın çevrəsini özündən uzaqlaşdırıb: 
 
"Özümə dedim ki, dəyişmək lazımdır. Belə olmaz! Ətrafımdakılar məndən beşbetərdir". 
 
P. Abıyeva həmişə zaman istər maddi, istərsə də mənəvi yardımlar etdiyi vurğulayıb: 
 
"Şərt deyil kiminsə cibinə pul qoymaq. Halbuki bunu da etmişəm. Karyera, həyat, təcrübə, yaşayış baxımından onlara yardımım dəyib. Adımdan onları faydalandırmışam. Hər zaman ətrafıma demişəm və təklif etmişəm ki, adımdan yaxşı mənada istifadə edin. Mənim adım olan yerdə reytinq və müvəffəqiyyət mütləq şəkildə var. Xoşbəxtəm ki, ətrafıma xeyrim dəyib. Çörək itirənlər də olub. Mən öz yaxşılığımdan qalmıram. Peşmanam demirəm, heyif dediyim çox insanlar olub". 
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar