Müğənni Musa Musayev "Tarixin bir günü" verilişini əsəbiləşərək yarımçıq tərk edib.
Den.az xəbər verir ki, buna səbəb proqramın aparıcısı Tarix Əliyevin (Tolik) ona hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı qalmaqalı xatırlatması olub.
“Təranənin Allah qapısını açsın. Bunlar pula görə işləyən adamlardır. Məni əsəbiləşdirmək üçün xoşagəlməz videolar yayırlar. Belə şeylərə görə efirə çıxmıram. Bir ildən çoxdur verilişlərə getmirəm. Belə söhbətləri qəbul etmək istəmirəm.
Həyatda düşmənim yoxdur. Kimsə düşmənçilik edirsə, Allah cəzasını verəcək", deyən Musa mikrofonu qoyaraq efirdən gedib.
Onun həyat yoldaşı, müğənni Təranə Qumral ediraz edərək bildirib: "Onun TikTok-u və başqa sosial şəbəkə hesabı yoxdur. Qoymuram elə şeylərə Musa baxsın və əsəbiləşsin".
Qeyd edək ki, Təranə və Musa arasında "Space" kanalında verilişlərin birində dava düşmüşdü.Lent.az
Musa Təranənin adını eşidib efirdən getdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.