"Elzanın Yazıçılar Birliyinə üzv seçilməyi böyük mübahisəyə səbəb oldu. Camaatın haqlı tərəfləri var. Mənimlə də münasibəti yoxdur. Çünki irad bildirdim ki, elə şeir yazma. Yazsan da, bir yerə qoy qalsın. Qayıtdı ki, fəlsəfəm var".
Den.az "Axsam.az"a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov Əməkdar artist Elza Seyidcahanla bağlı açıqlamasında deyib. İfaçı "MeyXəbər" proqramında müğənninin Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsinə münasibət bildirib. O, qeyd edib ki, insanların bunu tənqid etməsinə haqq qazandırır.
Vüqar Seyidcahanın şeirlərinin mənasız olduğunu vurğulayıb və onları ələ salıb:
Qeyd edək ki, meyxanaçı ilə müğənni uzun illərdir küsülüdür. Vüqar Elzanın ünvanına "Elza şeir yazmasın. O, şeir yaza bilmir. Bir də görürsən, girir şeirlərin içinə “ana qaz, ananas”... Etmə belə başına dönüm sənin, Elza" sözlərini deyib. Seyidcahan isə "Bir insanın ki, həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq" - deyə, Vüqara cavab verib.
[media=]
Meyxanaçılar efirdə Elza Seyidcahanı ələ saldılar - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.