Müğənni Ofeliya Şabanova yenidən qalmaqallı açıqlamalar verib.
Den.az xəbər verir ki, o, bəzi həmkarlarını "ağ yuyub, qara sərib".
Sənətçi özünü apara bilməyən qadın ifaçılara sərt sözlərlə səslənib:
"Adını səhnə adamı qoyub, burada yarıçılpaq hoppanıb düşməyi hansı kişi qəbul edər? Müğənni kişinin birinin üzünə gülsün, o birinin qoluna girsin. Qeyrəti olan kişi belə şeyi götürməz axı... Bu, mənim fikrimdir. Əxlaqı olan qadın o hərəkəti etməz, özünə söz gətirməz.
Deyəcəklər ki, Ofeliya yenə danışmağa başladı. Vallah düzünü deyirəm. Özümü tərifləmirəm. Mənim həyat yoldaşım da qısqancdır, amma bilir xanımı səhnədə nə edəcək, toyda necə davranacaq".Milli.az