Müğənni Rəqsanə ilə aparıcı Xoşqədəm Hidayətqızının sözü çəpləşib”.
Rəqsanə aparıcının “Moskvada yarım saatlıq toya gedən müğənnilərlə aran necədir” sualını belə cavablandırıb: “Heç kəslə pis münasibətim yoxdur, hamısı gəlib ruzisini, çörəyini qazanıb gedir”.
Həmin verilişdə iştirak edən aparıcı Xoşqədəm Hidayətqızı isə “Hanı, qoydun ki qazansınlar, Moskvaya gedənlərin dalınca dedin, özünüzü yığışdırın, yoxsa ad çəkəcəm”, – deyə qarşı tərəfə atmaca atıb.
Onun bu sözləri Rəqsanəni özündən çıxarıb: “Düz deyirəm də, həyat yoldaşın ola-ola o hərəkəti etməməlisən. Ərli qadın səhv etməməlidir. Ərini istəmirsən, boşan. Buna görə dedim, özünüzü yığışdırın, o kişiyə hörmət qoyub, adını açıqlamıram, yoxsa adını deyərəm.
Musiqiçilərin hamısı bilir, onun əri də var, sevgilisi də. Ya ərin olsun, ya da sevgilin, o yazıq kişinin adını niyə batırırsan? Mən o kişidə günah da görmürəm, nə xəbəri var, fikirləşir ki, həyat yoldaşım müğənnidir, toya gedib. Bilmir axı toyda hansı hərəkətləri edir. Özüm öz gözümlə görmüşəm”. (yenicag.az)
Xoşqədəmin atmacası Rəqsanəni özündən çıxardı: “Ərin də var, sevgilin də, kişinin adın niyə batırırsan?”

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.