Prodüser və aparıcı Tarix Əliyev verilişində həmkarı Zaur Nəbioğlunun cavabını verib.
DenMedia.az xəbər verir ki, o, sərt sözlərlə dostum dediyi teleaparıcını yerdən-yerə vurub:
"Tolik deyəndə hər kəs bilir ki, o bir dənədir. Amma sən, Zaurlar arasında ən sonuncususan. Zaur Baxşəliyev, Zaur Kamal, sonra da sən! Mən bu sahədə olanda sən Zaur Baxşəliyevin kadr arxasında köməkçisi idin. Bu günə qədər sənə böyük jestlərim olub. heç onları demirsən. Sənin öz dostun, öz işçin gəlib mənə burda verilişinin mətbəxini açıb danışıbsa, bu mənim yox, sizin probleminizdir. Demək ki, sizin dostluğunuz laxlayıb. Əgər dediklərini mənə görüntülər ilə sübut etsən, səndən üzr istəyəcəyəm. Mən nə səndən, nə də sənin kimi heç bir aparıcıdan çəkinmirəm. Belə şeylər eləmə, hamı elə bilir ki, bunu yalandan edirik. Amma artıq belə olmaz. Sözümü də açıq-aşkar deyirəm. Mən həmişə odun üstünə su tökmüşəm. Sənin verilişinə gələn müənnilər danışılan səhvləri gəlib burda düzəldirlər".
Xatırladaq ki, Zaur Nəbioğlu Tarix Əliyevi onun verilişini təkrarlamaqda və mövzularını oğurlamaqda günahlandırmışdı.
Tolik aparıcı Zaurun cavabını verdi: "Zaurlar arasında ən axırıncısan"

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.