DenMedia.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Günə uğurla" verilişində deyib. Sənətçi ad çəkmədən bir Xalq artistinin ünvanına sərt sözlər deyib:
"Hörmət etdiyim biri idi, amma cılız adam oldu mənim üçün. Adını çəkməyəcəyəm. Bir də çaşıb adımı tutarsan, hansısa müsahibəndə adımı çəksən biabırçı ifalarını yayacağam. Konsertindən, toydan olan videolarını çıxardacağam. İnstaqramda, verilişimdə müzakirəyə çıxardacağam. Sənətkar deyirlər, o sənətkarlığın harada tib-batacaq bilinməyəcək. İşinlə məşğul ol".
Qeyd edək ki, K.Abbasov bu yaxınlarda Xalq artisti Samir Cəfərovun videosunu yayaraq onun yanlış oxuduğunu tənqid etmişdi. İfaçılar arasında qalmaqal yaşanmışdı. (axşam.az)