Müğənni Alsu “Instagram” hesabında bildirib ki, Qurani-Kərim sadəcə mənəvi kitab deyil, həm də həyat üçün yol xəritəsi və təlimatdır.
Onun sözlərinə görə, müsəlmanların müqəddəs kitabında hər şey nəzərdə tutulub – o cümlədən nikah və boşanma kimi incə və mürəkkəb mövzular da. Alsu evliliyin hansı prinsiplər üzərində qurulmalı olduğunu xüsusi vurğulayıb. O, məsuliyyət, hörmət, mərhəmət və razılaşmanı nikahın əsas xüsusiyyətləri kimi qeyd edib.
Müğənni paylaşımında belə yazıb:
“Bu, sadəcə emosiyalar deyil. Bu, iki insanın Uca Yaradan qarşısında yetkin birliyidir. Boşanma isə icazə verilən, lakin son addımdır; mütləq ədalət çərçivəsində olmalıdır; alçaltma və intiqamsız. Məni heyrətləndirən odur ki, hər şey nə qədər düşünülüb: təkcə hisslər yox, həm də sərhədlər və ləyaqətin qorunması.”

