Dünya şöhrətli britaniyalı aktyor Ceyson Stethem ailəsi ilə birlikdə Antalyaya gəlib.
Bir müddət əvvəl “Operation Fortune” filminin çəkilişləri zamanı turizm mərkəzi olan Belekdə oteldə qalan aktyor bu dəfə də istirahət üçün eyni şəhəri seçib.
Şəhərə ailə üzvləri ilə gələn Ceyson Stethem Türkiyədə yaxınları ilə keçirdiyi xoş anları sosial şəbəkələrdə paylaşıb.

Hər il istirahət üçün Belekdəki otelləri seçən aktyor bu dəfə də otelin mağara tipli hovuzu ətrafında çəkilmiş və padel tennis oynadığı fotoları yayımlayıb.

