Məşhur britaniyalı müğənni Sting sərvətini uşaqlarına miras qoymaq istəmədiyini açıqlayıb.
74 yaşlı sənətçi hesab edir ki, bir uşağa “işləməyə ehtiyacın yoxdur” demək ona edilə biləcək ən pis şeylərdən biridir.
Müğənni bu barədə “CBS Sunday Morning” proqramına müsahibəsində danışıb.

Düşünürəm ki, bu bir növ istismardır və ümid edirəm ki, mən heç vaxt buna yol verməyəcəyəm, — deyə Sting bildirib.
Onun sözlərinə görə, bütün uşaqları güclü iş vərdişinə sahibdir və bu xüsusiyyət onlara həm tərbiyə, həm də genetik yolla keçmiş ola bilər.

Sting bildirib ki, övladlarına belə deyir:
Mən sizin təhsil və yaşayış xərclərinizi qarşılamışam. Ayağınızda ayaqqabı var. Gedin işləyin.
Müğənni vurğulayıb ki, bunu uşaqlarına qarşı qəddar olmaq üçün deyil, əksinə, onlara yaxşılıq etmək və öz yollarını tapacaqlarına inandığı üçün edir.
The Police qrupunun solisti, bas gitaristi və mahnı müəllifi kimi məşhurlaşan Sting musiqi karyerası ərzində çoxsaylı uğurlara imza atıb.
Sənətçi solo fəaliyyəti dövründə:
- 11 “Qremmi” mükafatı,
- “Qızıl Qlobus”,
- “Emmi” mükafatı,
- Kennedy Center fəxri mükafatı qazanıb.
Məlumata görə, Stingin sərvəti təxminən 550 milyon dollar qiymətləndirilir.
Müğənni bu vəsaiti əsasən həyat yoldaşı Trudi Stayler ilə yaratdıqları fondlara və xeyriyyə layihələrinə yönəltməyə üstünlük verir.
Bununla belə, Sting uşaqlarını tam dəstəksiz qoymadığını da bildirib.
O, onların təhsilinə və əsas ehtiyaclarına kömək etdiyini, lakin “hazır miras rahatlığına” alışmalarını istəmədiyini vurğulayıb.
Müğənni hesab edir ki, hazır sərvət insanın motivasiyasını və məhsuldarlığını məhv edə bilər.
Stingin ümumilikdə altı övladı var.

