“Fatmagül'ün Suçu Ne?” və “Bir Zamanlar Çukurova” serialları ilə tanınan türkiyəli aktrisa Esra Dermancıoğlu Fransadan ev alıb.
Məşhur aktrisanın bu addımı onun Türkiyədən köçəcəyi ilə bağlı müzakirələrə səbəb olub.
Dermancıoğlu “YouTube”da yayımlanan “Neden Esra?” proqramında qonağı olan keçmiş rol yoldaşı Fırat Çeliklə söhbətində Fransanın Sen-Malo şəhərində kiçik ev aldığını bildirib.

“Mən Türkiyəni tərk etməmişəm, sadəcə kiçik bir ev almışam. Bunu ilk dəfə Fırata deyəndə ‘Zarafat edirsən?’ söylədi. Tamamilə təəccübləndi”, – deyə aktrisa bildirib.
“Fatmagül'ün Suçu Ne?” serialında onunla birlikdə rol alan Fırat Çelik isə Esraya Fransada ev axtardığı müddətdə kömək etdiyini deyib.
Aktrisanın yeni evinə nə qədər pul ödədiyi barədə məlumat verilməyib.

