Perunun paytaxtı Limada Roma Papası XIV Leo xoşagəlməz hadisə ilə üzləşib.
“The Daily Telegraph” qəzetinin məlumatına görə, dini mərasim zamanı izdihamın arasından bir nəfər Papaya təsbeh atıb.
Avtomobillə insanların arasından keçən Papanın gözünün yaxınlığına təsbeh dəyib. Yayılan görüntülərdə XIV Leonun zərbədən sonra üzünü tutduğu və gözünü sildiyi əks olunub.
Hadisəyə baxmayaraq, Papa mərasimdə iştirakını davam etdirib. Onun xəsarət alması barədə məlumat verilməyib.

