Əbu-Dabi məhkəməsi rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədov və daha yeddi nəfər barəsində çıxarılan hökmü dəyişdirib.
Bu barədə Əbu-Dabi Məhkəmə Departamenti sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, hoteldə baş verən dava ilə bağlı səkkiz nəfərin cəzası yüngülləşdirilib.
Qərara tərəflərin barışması və zərərçəkmiş şəxsin təqsirləndirilənlərin azadlığa buraxılması barədə müraciəti əsas olub.
Yeni qərara əsasən, səkkiz nəfərin hər biri 150 min dirhəm cərimə ödəməlidir.

