ATV-də yayımlanan “Müge Anlı ile Tatlı Sert” proqramının aparıcısı Müge Anlı illər əvvəlki görüntüləri əsasında edilən estetik və filtr şərhlərinə canlı yayımda cavab verib.
Haberler.com xəbər verir ki, Anlı onun estetik etdirdiyini iddia edən şərhləri rədd edib və bəzi fikirlərin onu üzmək əvəzinə sevindirdiyini deyib.
Proqramın köhnə buraxılışlarından birinin altına “estetikləri ortaya çıxdı” şərhinin yazıldığını bildirən Anlı buna etiraz edib.
“Məndə estetik yoxdur. Özümə nə etdirdiyimi, nə etdirmədiyimi mən bilirəm”, – deyə o bildirib.
Anlı onu estetik etdirmiş hesab edən insanların əslində özünü gözəl gördüyünü deyərək, “Məni nə qədər gözəl görür ki, estetiklə gözəl olduğumu düşünür” sözlərini işlədib.

Məşhur aparıcı daha əvvəl futbol matçlarından birində ekrana düşən görüntüləri ilə bağlı yazılmış başqa bir şərhi də xatırladıb. İzləyicilərdən birinin “Qadına bax, Bein Connect-də belə filtr qoydurub” yazmasına Anlı sərt reaksiya verib.
“Bax, o da axmaqdır, belə bir şeyin mümkün olduğunu düşünür”, – deyə aparıcı bildirib.
Müge Anlı edilən bu cür şərhlərin onu narahat etmək əvəzinə bəzən əyləndirdiyini və bunların arxasında qısqanclıq gördüyünü deyib.
“Qısqanclığından nə qədər gözəlsən yaza bilmir. Məni üzəcəyini düşünərkən əslində məni nə qədər sevindirir”, – deyə Anlı bildirib.

