20 
avq
2023
13:03
183

Pakistanda DƏHŞƏT: Terror aktı zamanı 13 nəfər həyatını itirib

20 avq, 2023
13:03
183

Pakistanda DƏHŞƏT: Terror aktı zamanı 13 nəfər həyatını itirib

Pakistanın şimal-qərbində dəhşətli terror aktı olub.

Den.az  bu barədə "Dawn" qəzetinə istinadən xəbər verir. Törədilən terror aktı nəticəsində azı 13 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

İnsident Əfqanıstanla sərhəddə, Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda qeydə alınıb.


Mənbələrin verdiyi məlumatına görə, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin karvanına zərbə endirmək niyyəti ilə yol kənarına bomba yerləşdiriblər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar