“Kızılcık Şerbeti” serialının türkiyəli aktrisasının ölümünə alkoqol və qadağan olunmuş maddələrin antidepresant qəbulu fonunda istifadəsi səbəb ola bilər. Bu ehtimalı aif.ruya açıqlamasında narkoloq Vasili Şurov irəli sürüb.
Həkimin sözlərinə görə, tibbi praktikada insanların hansısa hadisəni çox emosional və ağır şəkildə qeyd etdikdən sonra səhhətlərinin qəfil pisləşdiyi hallar olub.
“Mən alkoqol və antidepresantların birlikdə qəbulundan kiminsə öldüyü hal ilə rastlaşmamışam. Amma bəzən insanlar ad gününü çox gur qeyd edirlər. Elə olur ki, ürək tab gətirmir. Tam nəzəri baxımdan hər şey mümkündür. Ola bilsin, qız çox içib, bəlkə də alkoqoldan başqa nəsə qəbul edib”, — Şurov bildirib.
Mütəxəssis vurğulayıb ki, bu, yalnız ehtimaldır və ölümün dəqiq səbəbi rəsmi ekspertiza nəticələrindən sonra məlum ola bilər.

