107 gün davam edən müharibədən sonra İran ABŞ-la imzalanması gözlənilən razılaşma sayəsində mühüm iqtisadi qazanclar əldə etməyə hazırlaşır.
Məlumata görə, razılaşma layihəsində Tehran üçün bir sıra iqtisadi güzəştlər nəzərdə tutulur.
Sənədin ilkin mətninə əsasən, İran 24 milyard dollarlıq dondurulmuş aktivlərinə yenidən çıxış əldə edə bilər.
Bundan başqa, Tehranın neft ixracından təxminən 300 milyard dollar gəlir qazanacağı, həmçinin ən azı 300 milyard dollarlıq beynəlxalq maliyyə dəstəyindən yararlanacağı bildirilir.
Bu rəqəmlər fonunda müharibənin iqtisadi baxımdan əsas qazanan tərəfinin İran olduğu barədə şərhlər güclənib.
Ekspertlər hesab edirlər ki, əgər razılaşma imzalanarsa, bu, İran iqtisadiyyatı üçün sanksiyalar dövründən sonra ən böyük maliyyə nəfəsliyi ola bilər.

