26 
avq
2023
12:44
246

Şəhid anasının arzusu....

26 avq, 2023
12:44
246

Şəhid anasının arzusu.... -FOTO


 20 yaşında 1-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Yalçın Azad oğlu İsmayılovun Mingəçevir şəhərində abidə-bulaq kompleksinin açılışı olub. 
"Den.az" xəbər verir ki, tədbirdə şəhid ailələri, rayon İcra Hakimiyyətinin əməkdaşları, qazilər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. Yalçın İsmayılov Mingəçevir  şəhər 11 saylı məktəbin məzunu olub. O, futbol üzrə yeniyetmələrdən ibarət komanda da qapıçı olaraq çıxış edib. 1992 -ci ildə müharibəyə yollanıb .Cəbhədə olarkən göstərdiyi igidliyə görə seçilib. Yalçın 31 il öncə Ağdərə-Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidin adının əbədiləşdirilməsi onun anası Səmayə İsmayılovanın çoxdankı arzusu olub. Ananın arzusunu  “Azərbaycan İstilik Elektirik Stansiyasının” direktoru Təhmasib Hüseynov reallaşdırıb. Səmayə ana deyir, indi həyətimdə bu bulağı görəndə elə bilirəm Yalçınım ordan mənə baxır. Abidə-bulaq kompleksinin açlışında çıxış edənlər şəhidin qısa ömründə onun keçdiyi şərəfli döyüş yolundan söz açıblar. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Mingəçevir 323 şəhid verib.104 nəfər itkin düşüb. Ölkə başçısının sərəncamı ilə onların 4-ü  “Azərbaycanın Milli Qəhrəmanı” adına, 7-si “Azərbaycan Bayrağı Ordeni”nə, 4-ü isə “İgidliyə görə medalı”na layiq görülüb.






Bizimlə əlaqə saxlayın

Çox oxunanlar