2022-ci il sentyabrın 16-da Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik məqamına ucalan Nicat Qarazadənin anım mərasimi keçirilib.
Bu barədə Den.az-a Abşeron rayon İcra Hakimiyyətindən məlumat verilib.
Tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları və Abşeron Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət olunub. Önünə gül dəstələri düzüldükdən sonra şəhidimiz haqqında , onun keçdiyi qəhrəmanlıqdan geniş söhbət açılıb.
Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini gülnar Rəhimova Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərdən danışaraq zabit və əsgərlərin göstərdiyi şücaətlərdən, qəhrəmanlıqdan söhbət açıb. Bütün ölkə ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə diqqət və qayğı davamlı olaraq göstərilməkdədir. Bildirilib ki, 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib. Döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin snayperi kimi iştirak edən Nicat Qarazadə 16 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən artilleriya zərbəsinə tuş gələrək şəhid olub. Bir gün sonra nəşi yaşadığı Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə gətirilib və sonra II Şəhidlər Xiyabanında dəfn edilib.
Məlumat verilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nicat Qarazadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhid Nicat Qarazadənin anım mərasimi keçirilib-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.