Saatlı rayonunda 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş Əzimov Vüqar Rəhim oğlunun anım günü keçirilib.
Den.az xəbər verir ki, tədbirdə şəhid ailələri, rayon ictimaiyyəti, şəhidin döyüş yoldaşları və məktəb kollektivi iştirak edib.
Əvvəlcə şəhid Vüqar Əzimovun Qıraqlı kənd qəbiristanlığında dəfn olunmuş məzarı ziyarət olunub, önünə tər-qərənfillər düzülüb.
Daha sonra tədbir şəhidin adını daşıyan Vüqar Əzimov adına Qıraqlı kənd tam orta məktəbində davam edib. Anım mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru və şəhidin bacısı Zülfiyyə Əzimova qonaqları salamlayıb, onlara tədbirdə iştirak etdiklərinə görə özü və ailəsi adından minnətdarlığını ifadə edib.Tədbirdə çıxış edənlər şəhid Vüqar Əzimovun necə igid, cəsur və vətənpərvər oğul olduğunu dilə gətirərək, onun 1-ci Qarabağ müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlardan söhbət açıblar.Bildirilib ki, bu günkü gündə şəhidlərimizin tanıdılması və xatirəsinin əbədiləşdirilməsi gənclər və yeniyetmələrdə vətənpərlik hissinin oyanmasına səbəb olur.Tədbirdə şəhid Vüqar Əzimovun və digər qəhramanlarımızın həyatından bəhs edən videoçarx nümayiş olunub.Məktəblilərin ifasında şerlər, mahnılar oxunub və müxtəlif kompazisiyalar nümayiş edilib.
Şəhid Vüqar Rəhim oğlu Əzimov 1976-cı ildə Saatlının Qıraqlı kəndində anadan olub.O Qıraqlı kənd orta məkətbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 1994-cü ilin may ayının 25-də ordu sıralarına yollanıb.Hərbi xidmətinin 8 ayını Bakı şəhəri Pirəkeşkül qəsəbəsində xidmət edib. Daha sonra 1995-ci ilin fevral ayının 14-də Qarabağda gedən qızğın döyüşlərə qatılıb və Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Onun nəşi böyüyüb boya-başa çatdığı Qıraqlı kəndinə gətirilib və Qıraqlı kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki,şəhid Vüqar Əzimov Qıraqlı kəndinin ilk şəhidi olub.
Allah şəhidimizə rəhmət eləsin.
Den.az