14 
avq
2023
18:00
184

Xəstəxanada müəmmalı ölümlər: 1 gündə 18 xəstə…

14 avq, 2023
18:00
184

Xəstəxanada müəmmalı ölümlər: 1 gündə 18 xəstə…

Dövlət xəstəxanasında 24 saat ərzində ən azı 18 xəstənin ölümü ölkədə böyük ajiotaj yaradıb.

Den.az  xəbər verir ki, hadisə Hindistanın qərb əyalətində qeydə alınıb.


Belə ki, 24 saat ərzində xəstəxanada 18 xəstə dünyasını dəyişib.

Ölənlərdən 12-nin yaşı 50-dən yuxarı olub. Səlahiyyətlilər xəstəxanada ölənlər arasında 10 qadın və 8 kişinin olduğunu bildirib.
Xəstələrin  ailələri səhlənkarlıq iddiaları ilə çıxış edərək onlarda oksigen çatışmazlığı olduğunu bildiriblər.
Onlar həkimlərin və tibb işçilərinin fəaliyyətinin dayandırılmasını tələb edib və hökumətdən təzminat tələb edirlər.

Məlumata görə, xəstəxana regionda yeganə böyük üçüncü dərəcəli tibb mərkəzidir.
Baş Naziri vəziyyəti bir bədbəxtlik kimi qiymətləndirir və müstəqil istintaq komitəsi qurulduğunu qeyd edir.
Qeyd edək ki, avqustun 10-da eyni xəstəxanada 5 xəstə dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar