Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb.
Tərəflər Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib. Görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.
Görüş zamanı iki ölkə arasında strateji əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Uzunmüddətli regional təhlükəsizliyin, sülhün və sabitliyin təşviqi məqsədilə ABŞ Konqresi ilə institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, Azərbaycanın regional proseslərdə oynadığı mühüm rol qeyd edilib.

