Cənubi Afrika Respublikasında (CAR) baş verən kütləvi silahlı hücum nəticəsində 11 nəfər həyatını itirib, daha 3 nəfər yaralanıb.
Ölənlər arasında hamilə qadın da var.
eNCA telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə ölkənin Kvazulu-Natal əyalətində yerləşən yaşayış evlərindən birində baş verib.
Polisin məlumatına görə, silahlı şəxslər evə daxil olaraq orada olan insanlara atəş açıblar. Hücumdan sonra cinayətkarlar qurbanlardan birinə məxsus avtomobili yandırıblar.
Hadisə nəticəsində 10 nəfər yerindəcə ölüb, daha bir nəfər isə xəstəxanaya aparılarkən həyatını itirib.
Hücumun motivi hələlik müəyyən edilməyib. Polis hadisə yerində araşdırmaları davam etdirir.
İlkin məlumata görə, zərərçəkənlərdən bəziləri qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilindikləri üçün əvvəllər kriminal kəşfiyyatın diqqət mərkəzində olublar.

