Türkiyənin tanınmış aktrisası Şerif Sezer mükafatlandırma mərasimində jurnalistlərə müsahibə verərkən qəfil halı pisləşib.
Aktrisanın səhhəti ilə bağlı qızı Dəniz Arnadan yeni açıqlama gəlib.
Denmedia.az xəbər verir ki, Şerif Sezer mükafatlandırma mərasimində mətbuat nümayəndələrinin suallarını cavablandırarkən özünü pis hiss edib. Ətrafdakıların köməyi ilə əyləşdirilən aktrisanın yaşadığı hadisə pərəstişkarlarını narahat edib.
Bir müddət sonra özünə gələn aktrisa səhhətində yaranan narahatlığın səbəbini açıqlayıb.

“Birdən təzyiqim yüksəldi, gözlərim qaraldı”, – deyə Şerif Sezer bildirib.
Hadisədən sonra aktrisanın qızı Dəniz Arna anasının səhhəti ilə bağlı məlumat yayıb.
“Anam yaxşıdır, bu, dəqiq məlumatdır”, – deyə o, açıqlamasında qeyd edib.

